“Ciddi iş aparılır”.
Azərbaycanda bank sektorunun dəqiq diaqnostikası aparılır.
7news.Az xəbər verir ki, Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.
Onun sözlərinə görə, diaqnostika yekunlaşdıqdan sonra xüsusi maliyyə sabitliyi proqramı hazırlanacaq və reallaşdırılacaq:
"Hesab edirəm ki, ölkənin bütün makroiqtisadi strukturları - Maliyyə Nazirliyi, Malyyə Bazarlarına Nəzarət Palatası - ölkədə maliyyə sabitliliyinin təmin edilməsi üzrə birlikdə ciddi iş aparırlar. Bu işlərin nəticəsində xüsusi maliyyə sabitliyi proqramı hazırlanacaq və reallaşdırılacaq".
7news.Az








