“AMB bazarda valyuta təchizatçısı deyil, biz tənzimləyici orqanıq”.
Valyuta bazarında gedən proseslər siz bilirsiz ki, üzən məzənnə vəziyyətindədir. Bizim qrafikimiz var, biz də o qrafiklə bazara valyuta təklif edirik.
7News.Az xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının rəhbəriElman Rüstəmov jurnalistlərə bildirib.
“Aparılan sorğular göstərir ki, banklar demək olar ki, ehtiyacları olduqları qədər valyuta alırlar. Gördüyünüz qədər burda başqa bir proses getmir.
Bu gün bizdə hərrac keçiriləcək, kifayət qədər valyuta təklif olunacaq. Hesab edirəm ki, bazarın tələbatı ödəniləcək. Bir daha deyirəm, AMB bazarda valyuta təchizatçısı deyil, biz tənzimləyici orqanıq.
Bizim başlıca vəzifəmiz üzən məzənnə rejimində manatın məzənnəsinin kəskin dəyişməsinin qarşısını almaqdır”, - deyə E.Rüstəmov əlavə edib.








