Cari ilin altı ayında manatın dollara nisbətən məzənnəsi sabit qalıb, nominal effektiv məzənnəsi isə yüksəlib. Qeyri-neft sektoru üzrə nominal məzənnə 4,9% möhkəmlənib.
7news.Az xəbər verir ki, bunu Mərkəzi Bank sədri Elman Rüstəmovbildirib.
MB sədri bildirib ki, manatın qeyri-neft sektoru üzrə real effektiv məzənnəsi 2018-ci ilin birinci yarısında 1,2% möhkəmlənib. 2014-cü ilin sonundan bəri manatın real effektiv məzənnəsi 35%-dən çox ucuzlaşıb ki, bu da qeyri-neft sektorunun rəqabət qabiliyyətini dəstəkləyib.
Valyuta hərraclarından söz açan E.Rüstəmov qeyd edib ki, 2018-ci ilin altı ayında ölkədə keçirilən hərraclarda valyuta satışı 3,5 milyard dollar artıb. Bunun təxminən 1/4-dən çoxu dövlət ehtiyaclarına yönəldilib:
"Aprel ayı istisna olmaqla, bütün dövrdə valyuta bazarında tələb və təklif nisbəti təklifin xeyrinə olub. Belə ki, qonşu, tərəfdaş ölkələrin valyutalarının əhəmiyyətli ucuzlaşması nəticəsində manatın məzənnəsinə spekulyativ hücum olub və bu hücum dəf olunub”.
7news.Az








