Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmova ağır itki üz verib.
7News.Az xəbər verir ki, E.Rüstəmovun dayısı professor Telman Hüseynov vəfat edib.
Qeyd edək ki, 82 yaşlı T.Hüseynov Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat kafedrasının məsləhətçi professoru idi. 28 dekabr 1934-cü ildə Cəbrayil rayonunun Quycaq kəndində anadan olan proffesor 1959-cu ildə Azərbaycan Dövlət Universitetini (indiki Balı Dövlət Universiteti) bitirmiş, “Bakı fəhləsi» zavodunda əmək fəaliyyətinə başlayıb.
25 ilə yaxın İqtisad Universitetində kafedra müdiri işləyib. 1967-ci ildə namizədlik və 1988-ci ildə isə doktorluq dissertasiya işlərini müdafiə edib. 160-dan çox elmi-metodiki işin, o cümlədən 12 monoqrafiya, dərs vəsaiti və dərsliyin müəllifidir.
Azərbaycan Respublikasının əməkdar iqtisadçısı və əməkdar müəllimidir.
9 oktyabr 2015-ci il tarixində imzalanan Sərəncama əsasən, Azərbaycan elminin inkişafında və yüksək ixtisaslı kadrların hazırlanmasında xidmətlərinə görə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.








