Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bu gün ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək.
7news.Az xəbər verir ki, bunu XİN-in mətbuat katibi Hikmət Hacıyev APA-ya açıqlamasında bildirib.
Görüş BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində baş tutacaq.
H. Hacıyevin sözlərinə görə, sentyabrın 23-də isə həmsədrlərin iştirakı ilə E. Məmmədyarovun Ermənistan xarici işlər naziri Edvard Nalbandyanlagörüşü nəzərə tutulub.
7news.Az








