XİN məlumat yaydı.
Xarici işlər naziri Elmar Məmmədyarov Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanımHaydrun Tempeli diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Bu barədə 7news.Az-a XİN mətbuat xidmətindən xəbər verilib.
Məlumata əsasən, görüşdə Azərbaycan və Almaniya arasında siyasi, iqtisadi, enerji və digər sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə olundu.
Səfir Haydrun Tempel diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirdi.
Nazir Elmar Məmmədyarov Azərbaycan və Almaniya arasında münasibətlərin inkişafına verdiyi töhfəsinə görə səfirə təşəkkürünü ifadə etdi və ona gələcək fəaliyyətində uğurlar arzu etdi.
7news.Az








