RU
Elmar Məmmədyarov Herbert Salber ilə görüşüb
20:00
373

Elmar Məmmədyarov Herbert Salber ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber ilə görüşüb.

Nazirlikdən 7news.Az-a verilən məlumata görə, görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı müzakirələr aparılıb. Nazir həmsöhbətə münaqişənin həlli üzrə aparılan danışıqlar prosesi barədə məlumat verib.

Görüş əsnasında Azərbaycanın Avropa İttifaqı ilə strateji tərəfdaşlıq əlaqələrinin inkişafına fikir mübadiləsi aparılıb.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ