RU
Elmar Məmmədyarov iclas keçirdi, tapşırıqlar verdi
10:00
408

Elmar Məmmədyarov iclas keçirdi, tapşırıqlar verdi

Dekabrın 25-də Xarici İşlər Nazirliyinin geniş tərkibli kollegiya iclası keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən 7News.Az-a verilən məlumata görə, iclasın əvvəlində iştirak etmiş XİN-in keçmiş nazir müavini, hazırda Nazirlər Kabinetinin Aparatının rəhbəri Xələf Xələfov çıxış edərək 27 il ərzində nazir müavini vəzifəsində ölkəmizin xarici siyasətinin həyata keçirilməsi sahəsindəki fəaliyyətindən bəhs edib.

Nazirliyin rəhbərliyi və kollektivi adından ölkəmizin xarici siyasətinin uğurla həyata keçirilməsinə verdiyi töhfə üçün Xələf Xələfova minnətdarlıq bildirilib və ona gələcək fəaliyyətində müvəffəqiyyətlər arzu edilib.

Daha sonra kollegiya iclasında XİN-in cari il ərzində həyata keçirdiyi fəaliyyətin yekunları, o cümlədən bölgədə və yaxın qonşuluqda mövcud olan təhdid və çağırışlar, habelə bu il paytaxtımızın ev sahibliyi etdiyi Qoşulmama Hərəkatının Nazirlər konfransı və ölkəmizin bu təşkilata qarşıdan gələn sədrliyi, Xəzər dənizinin hüquqi statusu üzrə Konvensiyanın razılaşdırılması, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrliyimiz və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. İclasda, həmçinin 2019-cu ildə Azərbaycanın diplomatik xidmətinin 100 illiyinin qeyd olunması ilə bağlı fikir mübadiləsi aparılıb və bu xüsusda tədbirlər planı nəzərdən keçirilib.

İclası yekunlaşdıran xarici işlər naziri Elmar Məmmədyarov nazir müavinlərini və idarə rəhbərlərini prezident İlham Əliyevin müəyyən etdiyi xarici siyasət hədəflərinə nail olunması məqsədilə səylərin artırılmasına çağırıb.

 

7News.Az


 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ