Xarici işlər naziri Elmar Məmmədyarov İsveç Krallığına rəsmi səfər edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən 7news.Az-a bildirilib ki, iki günlük səfər çərçivəsində Elmar Məmmədyarovun İsveç Krallığının xarici işlər naziri Marqot Vallström və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.
Qeyd edək ki, Marqot Vallström 2016-cı il fevralın 10-da Azərbaycana səfər edib.
7news.Az







