RU
Elmar Məmmədyarov Rusiyaya gedir
21:43
864

Elmar Məmmədyarov Rusiyaya gedir

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Moskva şəhərində keçiriləcək MDB-yə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün bu gün Rusiyaya yola düşəcək.


XİN-in mətbuat xidmətindən 7news.Az-a verilən məlumata görə, iclasda MDB çərçivəsində Xarici İşlər nazirlikləri arasında bir çox sahələrdə məsləhətləşmələrin həyata keçirilməsinə dair 2016-cı ilin planının müzakirə olunması nəzərdə tutulub.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ