RU
Elmar Məmmədyarovdan Rusiyaya gözlənilməz səfər
10:53
459

Elmar Məmmədyarovdan Rusiyaya gözlənilməz səfər

Səfərin son günlər iki ölkə arasında yaranmış gərginliklə bağlı olduğu bildirilir

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiya XİN rəhbəri Sergey Lavrovla danışıqlar aparmaq üçün Rusiyaya səfər edəcək.

Qeyd edək ki, azərbaycanlı jurnalistin sualına cavabında Rusiya xarici işlər nazirinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ehtiyatsız şərhi Azərbaycan ictimaiyyətində kəskin reaksiyaya səbəb olubÇox güman ki, Azərbaycan XİN başçısının Moskvaya planlaşdırılmamış səfəri S.Lavrovun mətbuat konfransında baş vermiş insidentdən sonra iki ölkə arasındakı qarşılıqlı münasibətlərdə gərginliyin yaranması ilə bağlıdır.

Bir neçə gündür ki, sosial şəbəkələrdə və ictimaiyyətdə S.Lavrovun məlum çıxışı geniş müzakirələrə səbəb olub.//istipress

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ