RU
Elmar Vəliyev Belarusda - Video
14:05
1892

Elmar Vəliyev Belarusda - Video

Belarusda işgüzar səfərdə olan Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Milli Məclisin deputatları Xanlar Fətiyev, Naqif Həmzəyev, Gəncə Avtomobil Zavodunun müdiri Kamran Nəzərov və digər nümayəndə heyətinin üzvləri Qomel şəhərinin icra komitəsinin sədri Pyotr Kriçenko ilə görüşüblər.

7news.Az xəbər verir ki, şəhər meri ölkələrimiz arasındakı tarixi dostluq əlaqələrindən söz açıb. O, rəhbərlik etdiyi şəhərin Belarusun inkişaf etmiş sənaye və aqrar bölgələrindən biri olduğunu diqqətə çatdıraraq Qomellə Gəncə arasında iqdisadi, ticari, elmi, mədəni əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Elmar Vəliyev Gəncənin Qomel şəhərinin yeyinti sənaye müəssisələri, maşınqayırma və kənd təsərrüfatı sektoru ilə müştərək müəssisələr yaratmaqda maraqlı olduğunu nəzərə çatdırıb. Azərbaycanda əlverişli investisiya mühitindən söz açan icra başçısı Gəncənin qapılarının həmişə Belaruslu iş adamlarının üzünə açıq olduğunu bildirib.

Sonra Gəncə şəhərinin İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Qomel şəhərindəki bir sıra süd və süd məhsulları kombinatları ilə tanış olublar.
 
7news.Az


 

 

Elmar Vəliyev Belarusda - Video
Elmar Vəliyev Belarusda - Video

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ