RU
Elmar Vəliyev hesabat verdi
20:58
1352

Elmar Vəliyev hesabat verdi

 

Gəncə Şəhər İcra Hakimiyyətində 2016-cı ilin birinci yarısında Gəncə şəhərinin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

 

7news.Az xəbər verir ki, hesabat yığıncağında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək, yarım ildə görülən işlərə nəzər salıb və qarşıda duran vəzifələri diqqətə çatdırıb.

 

Elmar Vəliyev 6 ayda şəhərdə görülən işlərdən bəhs edərkən bildirib ki, yarım ildə ümumdaxili məhsul istehsalı 357,4 milyon manat olub ki, bu da keçən ilin müvafiq dövründəkindən 10,8 faiz, yəni 34,9 milyon manat çoxdur. Ümumdaxili məhsulun istehsalının 74,8 faizi qeyri-dövlət bölməsinin üzərinə düşüb. Nəticədə əhalinin pul gəlirləri 320,3 manatdan 327,3 manata yüksəlib. Hazırda Dövlət Proqramına uyğun olaraq mövcud istehsal sahələrinin inkişaf etdirilməsi, müasir, yeni istehsal sahələrinin yaradılmasının dəstəklənməsi, sənaye zonalarının təşkili işləri davam etdirilməkdədir.

 

Hesabat dövrü ərzində şəhər tikinti müəssisələri tərəfindən 17 milyon 801 min manatlıq inşaat işləri görülüb. Bu işlərin 2,8 faizini dövlət, 97,2 faizini isə qeyri-dövlət müəssisələri həyata keçirib. Hazırda Gəncə Dövlət Filarmoniyasında, Atatürk prospektindəki 264 və 266 ünvanında inşa edilən 50 mənzilli beşmərtəbəli yaşayış binasında, Nizami prospekti ilə Kimyaçılar küçəsinin kəsişdiyi yerdə toxuculuq kombinatının yataqxanalarında yaşayanlar üçün 3 ədəd 3 bloklu, doqquzmərtəbəli binada inşaat işləri sürətlə davam etdirilir. Cavad xan küçəsində, Hacıkənd qəsəbəsində hər biri yeddimərtəbəli olan mehmanxanaların tikintisində də işlər sürətləndirilib.

 

Şəhər iş adamları tərəfindən sərmayə qoyuluşu üçün cəlbedici məkana çevrilib. Məhz bunun nəticəsidir ki, son beş ildə özəl və digər sosial obyektlərin yaradılmasına sahibkarlar tərəfindən 732,9 milyon manat vəsait yönəldilib.

 

Hesabat yığıncağında şəhərin təhsil, mədəniyyət sahələrində həyata keçirilən tədbirlərdən, bu sahələrdə qazanılan uğurlardan da söhbət açılıb.

 

Məruzə ətrafında çıxışlar olub. Elmar Vəliyev görülən işlərin yekunu olaraq Nazirlər Kabinetinin iclasında ölkə başçısının qarşıya qoyduğu tapşırıqların uğurla yerinə yetiriləcəyinə əminlik ifadə edib.

 

 

Elmar Vəliyev hesabat verdi - Fotolar
Elmar Vəliyev hesabat verdi - Fotolar
Elmar Vəliyev hesabat verdi - Fotolar
Elmar Vəliyev hesabat verdi - Fotolar
Elmar Vəliyev hesabat verdi - Fotolar

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ