"Elnarə xanımın nazirə müraciətində yazılanların bir hissəsi həqiqətə uyğun deyil. Düzdür, o müraciət edib və ona mən telefon nömrələri vermişəm. Lakin heç kim aktyorlara verilişdə iştiraka qadağa qoymayıb”.
Bu sözləri açıqlamasında Opera və Balet Teatrının mətbuat xidmətinin əməkdaşı Şükufə Ağamirzəyeva deyib.
O, bildirib ki, teatr rəhbərliyinin iclas keçirməsi isə yalan məlumatdır: "Elnarə xanım, tamaşaya baxandan sonra mənə müraciət etmişdi. Mən də onun məqsədinin xoş olduğunu dedim və bildirdim ki, bu barədə teatr rəhbərliyinə məlumat verəcəm. O, mənə zəng edəndə qeyri-iş günü idi və mən bu gün rəhbərliyə məlumat verə bilərdim. Çünki biz danışanda o, verilişin nə zaman çəkiləcəyi barədə məlumat verməmişdi və prosesin təcili olmadığı, həmçinin həftəsonu olmasını nəzərə alaraq rəhbərliyə məlumat verməkdə tələsmədim. Mən icazə verəcək səlahiyyətə malik şəxs deyiləm. Əmin idim ki, teatr rəhbərliyi bu dəvətə müsbət cavab verəcək, sadəcə problem vaxtla bağlı ola bilər. Ona görə də, Elnarə xanıma işçilərdən bir neçəsinin - Fərid Əliyev, tamaşanın rejissoru Hafiz Məmmədov, İnarə Babayevanın telefon nömrələrini verdim. Onlarla dəvəti dəqiqləşdirməyi məsləhət gördüm. Solistlər hər hansı verilişə fərdi şəkildə dəvət ediləndə rəhbərlikdən icazə almalarına ehtiyac yoxdur. Özlərinin vaxtları varsa, iştirak edə bilərlər. "Arşın mal alan” tamaşasının yaradıcı heyətinin böyük bir hissəsi dəvət edildiyinə görə Elnarə xanım teatra müraciət etmişdi, ona görə rəhbərliyə məlumat verməyimə ehtuyac vardı. Elnarə xanım solistlərlə vaxtı dəqiqləşdirəndə çəkilişi 3-cü günə təyin etdiyini deyib. Həmin gün - mayın 16-da "Sevil” tamaşasının orkestr məşqi olduğunu solistlər ona deyib. Orkestr məqşi saat 14:30-da başlayır. İllərdir teatrda orkestr məşqi məhz bu saatda olur və bu dəyişməzdir. Bu məşqdə 80 nəfərə yaxın işçi orkestrda olur, həmçinin, 40 nəfər tamaşanın xor kollektivinin işçiləri, 15 nəfərə yaxın solist olur. Bir nəfərin iştirak etməməsi belə böyük bir kollektivin işinin pozulması deməkdir. Heç kim Elnarə xanıma telekanala gəlməyəcəyini, rəhbərliyin icazə verməyədiyini deməyib. Üstəlik, tamaşanın məşqinin vaxtını dəyişmək üçün imkanı yoxdur. Çünki məşq mayın 16-da, tamaşa isə ayın 17-də keçirilməlidir. Elnarə xanım isə mütləq ayın 16-sı çəkiliş etməli olduğunu deyib. Bundan başqa, Elnarə xanım da çəkilişin 13:00-da olacağını bildirib. 8 nəfərin iştirak edəcəyi çəkilişin bir saata bitməsi mümkün görünmür, hətta bu real olsa belə, aktyorların çəkilişdən məşqə yarım saata çatması mümkün deyil. Üstəlik, onlar məşqdən yarım saat əvvəl teatrda olmalıdırlar. Çünki dram aktyorlardan fərqli olaraq, vokalistlər hətta yolda yubananda belə bu, onların səslərinə təsir edə bilər. Həmçinin bildirməliyəm ki, teatrda aktyorların verilişdə iştirakına görə iclas keçirilməyib və heç kimə qadağa qoyulmayıb.”
Rejissor işləri müdiri Tamara Eyvazova etirazına gəldikdə, Ş.Ağamirzəyeva bildirdi ki, o, sadəcə məşqlərə cavabdeh şəxs kimi fikir bildirib: "O truppa müdiridir, məşqlərin baş tutmasına görə cavabdeh şəxsdir. Məşq pozularsa, bir neçə solist iştirak etməzsə, Tamara xanım məsuliyyət daşıyır. Lakin o, çəkilişin olmasına etiraz etməyib. Sadəcə çəkiliş vaxtının solistlərin işinə uyğun olmadığını söyləyib. Çünki teatr onların əsas iş yeridir, onlar teatr məşqlərini qoyub, hər hansı veriliş çəkilişinə heç özləri belə qatılmaq istəməzlər”.//publika
7News.az








