RU
Elnur Allahverdiyev dolanışığını “Kontakt Home”-dəki faizlərlə təşkil edir?
11:12
26

Elnur Allahverdiyev dolanışığını “Kontakt Home”-dəki faizlərlə təşkil edir?

"TikTok”da başına gələnlərlə bağlı məlumat verən şəbəkə istifadəçisi "Kontakt Home” tərəfindən aldadıldığını qeyd edib.

 

O bildirib ki, 2025-ci il dekabrın 31-i aldığı "iPhone” telefonu ilə birlikdə onun USB və şarj başlığını kreditlə götürüb. Buna baxmayaraq, artıq 1 aydır ki, qutunun içində qadına satılan USB naqili işləmir. Yaranan problemlə əlaqədar "Kontakt”ın qaynar xəttinə müraciət edib. Şirkətin əməkdaşları qadın müştərini "Kontakt”ın əməkdaşlıq etdiyi servisə yönəldib. Servisdə isə USB naqili analiz edilməyib və müştəriyə şarj cihazının başlığını təmir edə biləcəklərini, USB-ni qəbul etməyəcəklərini bildiriblər. Müştəri yenidən "Kontak”ın qaynar xətti ilə əlaqə saxlayıb və servisin məhsulu təmirə qəbul etmədiyini bildirib. Şirkətdən qadına verilən cavab isə "yalnız telefona zəmanət verilir, aksesuara yox” olub. Qadın paylaşdığı videoda qeyd edib ki, USB-nin saxta olması dəqiqdir, çünki "Apple” şirkətinə məxsus bütün USB naqilləri yumşaqlığı və əsnəkliyi ilə seçildiyi halda, ona verilən naqil sərtdir. O məhsulu qutusunda aldığı üçün bu məsələyə diqqət etməyib. Xanım videodan sonra ona "Kontakt Home”dan əlaqə vasitələri və digər şəxsi məlumatlar istədiyini bildirir. O vurğulayıb ki, "Kontakt”ın müraciətinə baxmayaraq, hələ də yaranan problem həllini tapmayıb.

 

Xanımın videosunun altına rəy yazan vətəndaşlar da "Kontakt Home” şirkətinin müştərilərini ilk dəfə aldatmadığını, belə halların dəfələrlə baş verdiyini qeyd edib.

 

Redaksiyadan: Qeyd edək ki, Elnur Allahverdiyev təkcə sadə vətəndaşalara deyil,eyn izamanda Qarabağ müharibəsi qazisinin övladına da faizlər tədbiq etdirir. Demək olar ki, götürülkən telfonun müəyyən olunan vəsaiti tam ödənilsə də, təqribi 300-400 AZN yubanma adı altında gündəlik faizlə  borc bitmək bilmir. Dəfələrlə sabiq millət vəkili Elnur Allahverdiyevlə əlaqə saxlanılmasına baxmayaraq, gündə bir nömrə dəyişən sabiq deputatla əlaqə qurnaq mümkün olmur.

Qeyd edək ki. Elnur Allahverdiyev millət vəkili olduğu dönəmdə hakim Yeni Azərbaycan Partiyasının baş katibi olmaq eşqinə düşmüşdü.Amma onun müxtəlif yerlərdə belə bir arzuda olduğunu bilinəndə,ciddi xəbərdarlıqlarla bu arzusu reallaşmadı./Vətəninfo.az
 
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ