Zamanın ən çətin anında belə vətənin bir ovuc torpağı uğrunda savaşmağı özümüzə qürur, şərəf işi hesab etmişik. Əminliklə demək olar ki, biz cəsur və döyüşkən xalqın övladlarıyıq.
Qanında canında milli ruh olan Azərbaycan, vətən, torpaq, bayraq anlayışlarını hər şeydən uca tutanlar ən ali hislərə malikdir. Məmləkətimizin bir xoşbəxtliyidə ondadır ki, onun üçün hər zaman canını belə qurban verməyə hazır olan igir oğulları var, O igir oğullar ki, ata babalarımızın bizlər üçün döyüşə-döyüşə qoruyuq saxladığı müqəddəs torpaq uğrunda ölməyi bacarıb.
Daim özünün qəhrəmanları ilə fəxr edən Azərbaycan bu gündə özünün qəhrəmanlıq ənənələrinə sadiqdir çünki zaman-zaman yad elli işğallara məruz qalan məmləkətimizin dilbər guşələri məhz igidlərimizin qanı və canı bahasına müdafiə olunub.
Keçən əsrin əvvələrində Azərbaycanda yüksək vəzifə tutan insanlar, sözsüz Stalin xofu ilə yaşayırdılar. Erməni və bolşevik daşnaklar Azərbaycanın savadlı, ziyalı insanlarını heç bir səbəb göstərmədən güllələyirdilər. Bunun bir neçə səbəbi var idi, erməni daşnakları savadlı Azərbaycanlı ziyalılarının və hərbçilərinin onların həyata keçirmək istədikləri işğal planına zərər vurudular. Bu səbəbdən ermənilər o dövrdə yüksək vəzifə tutan insanları ləkələməklə sıradan çıxardırdılar. Elə söz açacağımız ziyalı, vətənpərvər eloğlumuz uzun illər daxili işlər orqanlarında calışan general-polkovnik Bəşir İmanovda bir neçə dəfə bu repressiya maşınının caynağından qurtulmağı bacarıb.
Bəşir İmanov 1914-cü ildə Qarabağın ən böyük rayonlarından biri olan Füzuli rayonunda dünyaya gəlib.Kiçik yaşlarından həyatın bütün cətinliklərə sinə gərən Bəşir İmanov erməni daşnaklarının Qarabağda apardığı amansız soyqırımın da şahidi olub. Hələ keçən əsrin əvvələrində Qarabağa sahib çıxmaq istəyən ermənilər müxtəlif yollarla bu əraziyə ermənilərin yerləşdirilməsinə calışırdılar.
Bəşir İmanov böyük bir nəslin övladı idi. Bu nəslin igid oğulları da Qarabağda erməni daşnak ordularına qarşı savaşda iştirak edirdilər. Azərbaycanda Sovet Hakimiyyəti qurulduqdan sonra bolşevik-daşnaklar ziyalılar və cəsur insanlara qarşı repressiyaya başladılar. Bu repressiya maşının carmığı altına minlərlə insan düşdü. Füzulidə də repressiya maşınını işə salan erməni-daşnaklar və bolşeviklər, bir çox ziyalıları və varlı insanları qolçomaq adı ilə sürgünə göndərir və yaxud sorğu-sualsız güllələyirdilər.
Bəşir İmanovun bir neçə yaxın qohumu da bu repressiyanın qurbanı oldu. Hərbçi olmaq istəyən Bəşir İmanov valideynlərinin təkidi ilə 1929-cu ildə doğulduğu rayonda yerləşən Pedaqoji məktəbə daxil olur. 1931-ci ildə Pedaqoji məktəbi əla qiymətlərlə başa vuraraq, təyinatla Horadiz orta məktəbində müəllimlik fəaliyyətinə başlayır.
Bəşir İmanov 1943-cü ildə Bakıda Dəmiryol Texnikumunu bitirdikdən sonra Hacılı stansiyasında işləməyə başalayır. Sonra təhsilini davam etdirmək üçün Tbilisi şəhərində Dəmiryol İnstitutuna daxil olur və institutu bitirdikdən sonra, Ələt-Naxçıvan dəmiryolu hissəsində rəis müavini təyin edilir.
1948-ci ildən isə Bəşir İmanov polis orqanlarında calışmağa başlayır. 1960-cı ildə Azərbaycan Dəmiryol İdarəsinin Milis İdarəsinin rəisi vəzifəsinə təyin edilir. 27 dekabr 1967-ci ildə İmanov Bəşir İsmayıl oğluna Sosialist Əməyi Qəhrəmanı fəxri adı verilir. 1967-ci ildə Heydər Əliyevlə Kremldə görüşmüş, ümumilli lider Heydər Əliyev onu general-polkovnik rütbəsi alması münasibəti ilə təbrik etmişdir. Bu görüş Bəşir İmanovla ulu öndərin dostluğunun əsasını qoyur.
Polis orqanlarındakı yüksək xidməti ilə hər kəsin hörmətini qazanan Bəşir İmanov həmdə gənclərin hərbi xidmətə hazırlanmasına öz töhvəsini verirdi. Bəşir İmanovun təkidi və köməkliyi ilə bir çox gənclərimiz o dövrdə azərbaycanlılar üçün əlçatmaz olan Ali hərbi məktəblərə göndərilir. Bəşir İmanov calışdığı bütün vəzifələrdə yalnız Vətəninə, millətinə sadiq bir general olduğunu sübut edir. Yüksək peşəkarlıq nümünəsi olan Bəşir İmanov hər zaman diqqət mərkəzində olur. Maraqlıdır ki, Bəşir İmanov general-polkovnik rütbəsi alsada bu rütbəni daşımaq ona nəsib olmur. 1969-cu ildə Bəşir İmanov ürək tutmasından vəfat edir.
Sadə və təvəzükar bir insan olan Bəşir İmanov sovet dövründə general rütbəsinə yüksəlsədə dinə bağlılığını heç zaman unutmayıb. Bəşir İmanov heç zaman qapıya gələn insanı ümidsiz yola salmazdı. General Bəşir İmanov öz əməlləri ilə qəlblərdə taxt qurmağı bacardı.
Qeyd edək ki, Bəşir İmanovun bacısı nəvəsi Elşad İman məqalənin yaradılmasında köməklik göstərib.
Elşad İmanov Həsən oğlu — (2011-ci ildə soyadını milli üsula keçərək “İman” etmişdir) — Yeni Azərbaycan Partiyasının üzvü.
Elşad İman General Bəşir İmanovun bacısı nəvəsidir.
Elşad İman 7 iyul 1986-cı ildə Füzuli rayonunda anadan olmuşdur.
1993-cü ilin Sentyabr ayında Bakı şəhəri, Xətai rayonunun 63 saylı orta məktəbində ilk təhsilini başlamışdır. Yaşayış yerinin dəyişilməsi ilə əlaqədar olaraq 2000-ci ildə Nərimanov rayonunun 39 saylı (riyaziyyat təmayüllü) orta məktəbində təhsilini davam etdirmişdir. 2001-ci ildə isə Təhsil Nazirliyində Eksterni imtahan vermiş və 39 saylı tam orta məktəbi bir il öncə 2003-cü ildə bitirmişdir.
2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinə qəbul olmuşdur.
2006-cı ildə Azərbaycanda keçirilən Yunan – Roma güləşi üzrə idman yarışlarında iştirak etmişdir. Azərbaycan birinciliyi yarışmasında – V yer, Bakı şəhər birinciliyində isə – II yerə layiq görülmüşdür. Elşad İman Azərbaycan Respublikası İdman və Turizm Nazirliyinin Gənclər və idman idarəsinin bədən tərbiyyəsi kollektivində birinci dərəcəli idmançı kimi qeydiyyatdadır № 17 Tarix: 12.09.2006
2007-ci ildə ali təhsilini başa vurmuş və Beynəlxalq İqtisadi Münasibətlər ixtisasına yiyələnmişdir. Həmin ilin İyul ayında hərbi vəzifəsini yerinə yetirmək üçün hərbi xidmətə yollanmışdır və 2008-ci ildə hərbi xidmətini bitirmişdir. 2009-cu ilin əvvəllərindən “YAP” Yeni Azərbaycan Partiyasının üzvüdür.
2010-cu ildən 2014-cü ilə kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasında “İqtisadi təhlil və proqnozlaşdırma” şöbəsinin 13-cü dərəcəli iqtisadçısı vəzifəsində çalışmışdır.
2015-ci ildən “Sevimli Dad” mağazalar şəbəkəsində Sistem operatoru işləyib.
2016-cı ildən isə həmin mağaza şəbəkələrinin birində fərdi sahibkar kimi fəaliyyət göstərir.
Ailəlidir, bir övladı var.
Rəsmi internet səhifəsi: www.elshadiman.com








