Artıq uzun müddətdir ki, fəhlələr maaşlarını ala bilmirlər.
Söhbət Binəqədi yol kənari yaşıllaşdırma və suvarma “Palitra” şirkətinin işçilərindən gedir.
Belə ki, fəhlələr artıq 3 aydır ki əməkhaqqı üzünə həsrətdirlər.
Onların sözlərinə görə, maaşlarını “Palitra” şirkətinin rəhbəri Elşən Bədəlovdan tələb etsələr də heç bir nəticəsi olmur. Aldıqları cavab isə “nə vaxt pul ayırsalar, o vaxtda verərəm, kimin xoşuna gəlmir çıxsın!”. Burdan yalnızca bir nəticəyə gəlib çıxmaq olur ki, şirkətin rəhbəri Elşən Bədəlov fəhlələrin pullarını mənimsəyir.
Onuda qeyd edək ki, heç bir fəhlənin “Palitra” şirkəti ilə əmək müqaviləsi yoxdur. Və onlar bu müqaviləni tələbdə edə bilməzlər, çünki o zaman şirkət başçısı Elşən Bədəlovun “xoşuna gəlmir - işləmə” kəlməsi işə düşür. Ancaq yəqin, Elşən Bədəlov çox gözəl bilir ki, işə götürən, öz işçisi üçün dövlətə vergi ödəməkdən boyun qaçırmağın cəzası nədir.
7News.Az








