RU
16:27
602

"Çelsi"dən rekord imza...

"Çelsi" 2017-2018-ci il mövsümündən etibarlı olacaq forma reklamı üçün müqavilə imzalayacaq.
 
Məşhur ingilis klubu ilə "Nike" firması arasında 1 milyard avroluq razılaşma imzalanb. Bu anlaşmaya görə, "Çelsi" 15 il müddətində "Nike" şirkətinin məhsullarından istifadə edəcək.
 
Musavat.com xəbər verir ki, bu mövsümüm sonuna qədər "Çelsi"nin "Adidas" ilə razılaşması olduğundan klub "Nike" məhsullarından növbəti mövsümün əvvəlindən etibarən istifadə edə biləcək.
 
Razılaşmaya görə, "Nike" firması "Çelsi"yə 15 il boyunca hər il 60 milyon avro ödəyəcək. Ayrıca "Nike" "Çelsi" təhsil mərkəzində qadın futbol komandası quracaq. Bu razılaşma dünya futbol tarixində yeni bir rekord olaraq görülür.
 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ