RU
Elza intihara cəhd edib - “Qızım məni bağışlamır...”
13:36
834

Elza intihara cəhd edib - “Qızım məni bağışlamır...”

Əməkdar artist Elza Seyidcahan intihara cəhd edib. 

7News.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə müğənni-bəstəkar ATV-yə açıqlamasında bildirib. 

O, ailədaxili münaqişə zamanı özünə bıçaqla zərər verdiyini qeyd edib: "Bir dəfə intihara cəhd etmişəm. Az qalmışdı ki, hadisə baş versin. Oğlumun 14-15 yaşı var idi. Ata və anasının arasında qalmışdı, seçimini etməli idi.

 

Həmin dövrdə bıçaqla özümə xəsarət yetirmişdim. İndiyənədək qızım məni bağışlamır. Ailədə söz-söhbətlər olur, keçsin o günlər, bir daha gəlməsin. Səhv etmişəm". 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ