Bəstəkar-müğənni Elza Seyidcahan builki parlament seçkilərində iştirak etmək üçün artıq namizədliyini irəli sürüb.
7news.az bildirir ki, bu barədə müğənni özü məlumat verib.
O bildirib ki, sənədlərini artıq Dairə Seçki Komisiyasına tədqim edib:
"Mənim bu saat başım seçicilərə qarışıb. Hazırda seçicilərimlə görüşürəm. Vətənə xəyanətim deyil, xeyrim dəyib. Bu üzdən mən də millətimin vəkili olmaq istəyirəm".
E.Seyidcahan namizədliyini ürəli sürdüyü dairənin adını açıqlamayıb:
"Namizədliyim qeydə alınandan sonra dairənin də adını açıqlayacağam. Amma onu deyə bilərəm ki, namizədliyimi rayonlardan birindən irəli sürmüşəm".
7news.az








