RU
Elza Seyidcahan deputatlığa rəsmən namizəd oldu
09:34
1301

Elza Seyidcahan deputatlığa rəsmən namizəd oldu

Bəstəkar-müğənni Elza Seyidcahan bu ilki parlament seçkilərində iştirak etmək üçün artıq namizədliyini irəli sürüb.

Bu barədə müğənni özü məlumat verib. Bildirib ki, sənədlərini artıq Dairə Seçki Komisiyasına tədqim edib: “Mənim bu saat başım seçicilərə qarışıb. Hazırda seçicilərimlə görüşürəm. Vətənə xəyanətim deyil, xeyrim dəyib. Bu üzdən mən də millətimin vəkili olmaq istəyirəm”. 

E.Seyidcahan namizədliyini ürəli sürdüyü dairənin adını açıqlamayıb: “Namizədliyim qeydə alınandan sonra dairənin də adını açıqlayacağam. Amma onu deyə bilərəm ki, namizədliyimi rayonlardan birindən irəli sürmüşəm”. .AzNews

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ