Əməkdar artist Elza Seyidcahan müqəddəs Kəbə səfərinə getmək istəyir.
"Mənə elə gəlir ki, hər bir müsəlmanın arzusudur ki, Həcc ziyarətinə getsin. Həm arzumdur, həm də həyəcan var” - deyən əməkdar artist bu məsələyə böyük məsuliyyətlə yanaşır, həm də əmindir ki, bu səfər baş tutsa, çox dəyişəcək.
Görəsən, əməkdar artist hicab taxacaqmı? Cavabı maraqlıdır: "Mən heç nəyə nə "hə", nə də "yox" deyirəm. Gələcək göstərər”.
Elza Seyidcahan bacısı Rasimə Seyidcahanla da bağlı yeni açıqlama verib. Belə ki, uzun illər ABŞ-da yaşayan Rasimə xanımın sənət dünyasına qoşulacağı gözlənilir: "Çox zaman məni qınayırlar ki, Elza Seyidcahan yaxşı bacı olsa idi, bacısını özü kimi səhnədə parladardı. Amma bu çox çətindir. Amerikada, Çində yaşayıb uzun illər. Həm də kompleksi var”.
Elza xanım bacısına sənət yolunda tam dəstək olacağını bildirib. Görünür, bu il Elza xanım yenə də maraqlı layihələrlə qarşımıza çıxacaq./apa.tv
7news.Az








