RU
Elza Seyidcahanın məsələsi yenidən MSK-da
19:23
821

Elza Seyidcahanın məsələsi yenidən MSK-da

Mərkəzi Seçki Komisiyasının bu gün keçirilən iclasında noyabrın 1-də keçirilmiş parlament seçkiləri ilə bağlı quruma daxil olmuş müraciətlərə baxılıb.

MSK katibi Arifə Muxtarova bildirib ki, 54 saylı Şabran-Siyəzən seçki dairəsindən qeyd alınmış namizəd Elza Qasımova səsvermə günü həmin seçki dairəsinin bəzi məntəqələrində pozuntuların olması barədə MSK-ya müraciət edib. Araşdırma zamanı məlum olub ki, müraciət aidiyyat qaydalarının pozulması MSK-ya daxil olub. Ona görə də müraciətin araşdırılması üçün DSK-ya göndərilməsi barədə qərar qəbul edilib.

***

9 saylı Binəqədi ikinci seçki dairəsindən namizədliyi qeydə alınmış namizəd Akif Nağı seçki günü dairədə baş verən qanun pozuntularının araşdırılması ilə bağlı MSK-ya müraciət edib. Daha sonra isə o müraciətinə xitam verilməsi ilə bağlı MSK-ya müraciət edib. MSK-nın bu gün keçirilən iclasında qeyd edilən müraciətə xitam verilib.

***

Daha sonra MSK sədri Məzahir Pənahov bildirib ki, seçkilər baş tutduqdan sonra quruma 16 hal üzrə müraciət daxil olub. Müraciətlərdən 18-si Müsavat Partiyasından daxil olub. Müraciətlərin əksəriyyətinə baxılaraq barələrində müvafiq qərarlar qəbul edilib./qafqazinfo

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ