RU
Elzadan İlhaməyə cavab:
10:32
18884

Elzadan İlhaməyə cavab: "Yaşlı qadındır, nə danışdığını bilmir"

Əməkdar artist Elza Seyidcahanla xalq artisti İlhamə Quliyeva arasında qalmaqal daha da böyüyüb.

E.Seyidcahan qarşı tərəfin ittihamlarına son dəfə münasibət bildirdiyini vurğulayıb:

“İlhamə xanım düz deyir, Elza çaşıb. Axı uşaqlar çaşıb, sözün düzün deyər. Elza hələ də uşaq məsumluğunu saxlayıb. Elza hər zaman müdrik, uzaqgörən, əməlisaleh, etibarlı, bağışlayan, zəhmətkeş, vətənpərvər, cəsarətli olub. Kiçiyə ehtiram göstərib, pisi pis, yaxşını yaxşı görüb. Sonda hər şeyin yaxşı olacağına inanan, həmişə şükürlə yaşayanam. Dostlarımın çətin və yaxşı günündə yanında olmuşam. Belə də davam edəcəm. Uşaq məsumluğumu heç bir zaman itirməmişəm. İlhamə xanımdan fərqli olaraq, mən həmişə düz danışan olmuşam.

İlhamə xanım daxili işlər naziri vəzifəsinə qəbul olub, xəbərimiz yoxdur? Bizi "podvala" saldırmaqla hədələyir? Müsahibəsində deyib ki, millət vəkili seçildim, dəlillər yandırıldı. Azərbaycan dünya səviyyəsində demokratik ölkədir. İlhamə xanım yaşlı qadındır, nə danışdığını bilmir. Ona görə də mən ona artıq cavab verməyəcəm. Çox təəssüflənirəm ki, bu məsələdə mənə mane olmağa çalışır. Hələ bir seçki komitəsinin işini də pisləyir. "Saat 3-də millət vəkili seçildim, saat 6-da sənədlər yandırıldı" nə deməkdir?

İlhamə Quliyeva elə təsəvvür edir ki, biz incəsənət adamları onun kimi həyat tərzi yaşayırıq. O öz həyat tərzini başqalarına şamil etməsin. Ayaq yumaq əskiklik deyil. Mən böyüklərimə hər zaman xidmət edəcəm. Bu qorxaqlıq yox, böyüklükdür. Onun bu qədər şər deyən olduğunu bilməzdim. Bundan sonra İlhamə Quliyevanın dedikləri ilə bağlı məndən müsahibə almasınlar. Başım Siyəzəndə seçkilərə qarışıb".

Qeyd edək ki, İ.Quliyeva açıqlamasında millət vəkili olmaq istəyən E.Seyidcahananın ünvanına təhqiredici sözlər işlətmişdi./axsam

7news.az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ