RU
Elzanın himni səhv oxumasına Deputatdan Etiraz
09:54
951

Elzanın himni səhv oxumasına Deputatdan Etiraz

Əməkdar artist, müğənni Elza Seyidcahanın pianoda Azərbaycanın Dövlət Himnini düzgün ifa etməməsi tənqid hədəfinə tuş gəlib. Sosial şəbəkələrdə yazılan statuslarda Elza Seydcahanın himnimizə sayğısız davrandığı, dövlət atributuna laqeydlik nümayiş etdirdiyi bildirilir.


Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, deputat Elmira Axundova Elza Seyidcahanın himnimizi yanlış ifa etməsini təəssüflə qarşılayıb. 

Deputat açıqlamasında bildirib ki, Himn dövlətin atributlarındandır və kiçikdən böyüyə qədər hər kəs onu əzbər bilməlidir: "Elza xanım istedadlı bəstəkardır, belə səhv etməməliydi. Əgər Elza xanım özü üçün zümzümə etsəydi, bu başqa məsələ. Amma aydın görsənir ki, o, pianoda ifa edir, kameradan istifadə edilib və video hazırlanıb. Elza xanış bunu ictimailəşdirirdisə, gərək diqqətlə yanaşardı. Təəssüf ki, sözləri təhrif edib, unudub, ciddi səhvlər buraxıb”.

Millət vəkili vurğulayıb ki, əməkdar artistin Himnin sözlərini unutması ciddi səhvdir və təəssüf doğurur. "Melodiyanın təhrif olunması nisbətən başa düşülərdi. Elza xanım bəstəkardır, gərək sözləri həm düzgün tələffüz etsin, həm də düzgün desin. Onun ifasında belə qüsurlar olmamalı idi. Professional bəstəkardır, tanınmış insandır və onun dilindən belə səhvləri eşitməməliyik. Bu, bizim gənclərimizdə pis örnəkdir. Himnimizə, bayrağımıza, bütün atributlara hörmətlə, həssaslıqla yanaşmalıyıq”.

E.Axundova bəstəkardan Himni yenidən və bu dəfə düzgün oxumağı xahiş edib: "Elza xanımdan xahiş edərdim ki, sözləri əzbərləyib, Himni yenidən oxusun və videoyaya yazsın”./azvision.az

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ