RU
Əmanətlərin Sığortalanması Fondunun mənfəəti azaldı, zərəri artdı, dövlətə borcu 1,4 mln. manatı ötdü
13:38
133

Əmanətlərin Sığortalanması Fondunun mənfəəti azaldı, zərəri artdı, dövlətə borcu 1,4 mln. manatı ötdü

Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) vergi borcunun həcmi bu ilin əvvəli ilə müqayisədə 100 min manatdan çox artıb.

7News.Az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, hazırda Fondun yığılmış vergi borcununun miqdarı 1 milyon 423,5 min manat təşkil edir. 

Cari ilin əvvəlində fondun dövlət qarşısında borcunun miqdarı 1 milyon 312,2 min manat, ötən ilin müvafiq dövründə isə 1 milyon 235,5 min manat olub. ƏSF-in vergi borcu 2023-cü ilin may ayında 1 milyon 140,4 min manat, dekabrın ayının 14-də isə 1 milyon 192,8 min manat təşkil edib. Müşahidə edilən odur ki, Fondun dövlətə borcu ildən ilə artmaqda davam edir.

Vergi Məcəlləsinin 23-cü maddəsinə əsasən isə vergi borcunun gecikdirilməsinə görə sanksiyalar nəzərdə tutulub.

Məlumat üçün onu da bildirək ki, 2025-ci ilin yekunlaşmasına cəmi bir ay qalmasına baxmayaraq, ƏSF 2024-cü ilin hesabatını hələki açıqlamayıb. ƏSF 2021 və 2022-ci illər üzrə hesabata əsasən, müvafiq olaraq 104,5 və 107,1 milyon manat xalis mənfəət əldə edib. Amma 2023-cü ildə Fondun mənfəəti 70 milyon manata düşüb. Başqa sözlə, həmin il Fondun yığılmış zərəri əvvəlki illə müqayisədə 10,5% artaraq 738 milyon manatı ötüb.

Xatırladaq ki, ƏSF 2007-ci ildə yaradılıb. Fondun əsas məqsədi banklar iflasa uğradıqda və onların depozit qəbulu üzrə lisenziyası ləğv olunduqda bank yığımlarının əmanətçilərə qaytarılmasına zəmanət verməkdir. ƏSF-nin icarçı direktoru Tural Piriyevdir və o, 2020-ci ildən bu vəzifədə çalışır.
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ