7NEWS.az-ın məlumatına görə, müğənni bu gün ürək çatışmazlığından dünyasını dəyişib.
Xəbəri onun duet ortağı Firuzə İbadova təsdiqləyib. Eyni zamanda, Elnur Hidayətoğlu da hadisəni təsdiqləyib: "Əməkdar artist Cavanşir Məmmədovla bağlı bu gün saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
Təcili yardım briqadası çağırış ünvanına cəlb olunub.
Ünvanda həkiməqədər ölüm qeydə alınıb."








