RU
Əməkdar artistlərin fəxri adlarıyla bağlı təəssüratları
23:25
1546

Əməkdar artistlərin fəxri adlarıyla bağlı təəssüratları

Bu gün prezident İlham Əliyevin sərəncamı ilə "əməkdar artist" adı alanlar arasında maestro Ceyhunla müğənni Yusif Mustafayev də olub.

7news.az  xəbər verir ki, sənətçilər bununla bağlı təəssüratlarını bölüşüblər. Ceyhun İsmayılov bu adın onun sənətinə verilən mühüm qiymət olduğunu bildirib:

"İlk xəbəri mənə dostlarım verdi. Dedilər ki, əməkdar artist adı almağımı saytlarda görüblər. Tez mən də oxudum. Bayaqdan hamı təbrik edir. Mənim üçün əsl sürpriz oldu. Bu, dövlət başçısının sənətə verdiyi dəyərdir, xalqımın sevgisinin göstəricisidir. İllərdir çalışdım və nəhayət bəhrəsini gördüm. Bir sənətçi üçün ən gözəl hadisə yaradıcılığına qiymət verilməsidir. Media da çox sağ olsun ki, bizim uğurumuzu işıqlandırır".

Yusif Mustafayev isə sevincinin həddi-hüdudu olmadığını söyləyib:

"Bu xəbəri mənə polkovnik dostum çatdırdı. Əvvəlcə atamın adını soruşdu. Sevincimdən bilmirəm, nə edim. Evimizdə toy-bayramdır. Bu dəqiqə qurban kəsirik. Cənab Prezidentimiz, nazirimiz çox sağ olsun ki, mənə bu ad verildi. Çox şükür, gec də olsa, mən də fəxri ada layiq görüldüm".

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ