Təhsil naziri Emin Əmrullayevin əmri ilə Goranboy rayon Təhsil Şöbəsinə yeni müdir təyin olunub. 7NEWS.az-ın yerli bürosunun verdiyi məlumata görə, orta məktəb direktoru rayonun Aşağı Ballıqaya kənd Ümumi Orta Nəktəbin direktoru Nazarov Seymur Fazil oğlu bu gün Goranboy Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Seymur Nazarov 1982-ci ildə Goranboy rayon Qızılhacılı qəsəbəsində anadan olub. O, Azərbaycan Dillər Universitetinin məzunudur.









