Təhsil naziri Emin Əmrullayevin əmri ilə Samux rayon Təhsil Şöbəsinə yeni rəis təyin edilib. 7NEWS.az-ın bölgə müxbirinin verdiyi məlumata əsasən bu vəzifəyə Nurlana Həsənova təyin edilib.Yeni müdir Samux rayon 3 nömrəli orta məktəbin direktoru vəzifəsində çalışıb.Məlumat üçün bildirək ki,Samux rayon Təhsil Şöbəsinin keçmiş müdiri Gülağa Hüseynov bir müddət öncə təqaütə göndərilib.








