İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinə məxsus "Daşınmaz Əmlakın Kadastrı və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC 2020-ci il üzrə maliyyə hesabatını açıqlayıb.
Ötən ilin yekununda şirkətin cəmi aktivləri 66,607 mln manat təşkil edib. Bu isə 2019-cu il ilə müqayisədə 10% çoxdur. MMC-nin cəmi öhdəlikləri isə illik müqayisədə 5 dəfədən çox artaraq 3,409 mln manata çatıb.
Nizamnamə kapitalı 737,516 min manat, kapital ehtiyatları 53,677 mln manat olan şirkətin cəmi kapitalı ilin sonunda 63,198 mln manat təşkil edib.
"Daşınmaz Əmlakın Kadastrı və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-ninbölüşdürülməmiş mənfəəti isə ötən il ərzində 3,318 mln manat və ya 60% artaraq 8,783 mln manata çatıb.
7NEWS.Az








