RU
Çempionatın bitməsinə 2 ay qalmış PSJ 9 qolla çempion oldu
12:48
1300

Çempionatın bitməsinə 2 ay qalmış PSJ 9 qolla çempion oldu

Ötən gün cari mövsümün 30-cu turunun oyunları keçirilib.

PSJ Fransa çempionu oldu
 
PSJ Fransa çempionu oldu

Fransa çempionatının qalibi artıq məlum olub. 7news.az-in məlumatına görə, PSJ ardıcıl olaraq dördüncü dəfə Fransa çempionu olub. Mövsümün əvvəlindən gözlənildiyi kimi PSJ etimadları doğruldub.

Ötən gün cari mövsümün 30-cu turunun  oyunları keçirilib. PSJ səfərdə turnir cədvəlində sonuncu yerdə qərarlaşan Trua ilə qarşılaşıb. PSJ-nin ulduzu Zlatan Ibrahimovic 9 dəqiqəyə het-trik edib. Ümumi hesab isə 9:0 olub. Beləliklə, bu oyun Fransa çempionatında tarixə düşüb. PSJ səfərdə ən böyük hesablı qələbə qazanan ilk komanda olub. İbrahimoviç isə son 14 mövsüm ərzində 13 dəfə top-5 liqanın çempionu olub. Hazırda 77 xalı olan PSJ ən yaxın təqibçisi, ikinci pillədəki "Monako"-nu 25 xalla qabaqlayır.

“Trua” – PSJ – 0:9
Qollar: Kavani, 14 (0:1), Xavyer Pastor, 18 (0:2), Adrien Rabiot, 19 (0:3), İbrahimoviç, 46 (0:4), 53 (0:5), 56 (0:6), Saunier, 59-avtoqol. (0:7), Kavani, 75 (0:8), İbrahimoviç, 89 (0:9)

“Trua” – PSJ – 0:9
<iframe id="twitter-widget-0" title="Твит из Твиттера" frameborder="0" scrolling="no" width="320" height="240" data-tweet-id="709051718764462081"></iframe>

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ