RU
Çempionlar Liqası həyəcanı başlayır
09:58
990

Çempionlar Liqası həyəcanı başlayır

Bu gün Çempionlar Liqasında 1/8 finalın cavab oyunları keçiriləcək.

7News.Az xəbər verir ki, bu gün keçiriləcək qarşılaşmalar ilə növbəti mərhələnin 2 komandası müəyyənləşəcək. "Real-Madrid" klubu "Roma"nı sınağa çəkəcək. Bundan öncəki qarşılaşmada "Real" 2:0 hesabı ilə qalib gəlmişdi. 

Digər qarşılaşma isə Almaniyada olacaq. Burada "Volfsburq" Belçika "Gent"ini qəbul edəcək. Səfərdə rəqibinə 3:2 hesabı ilə qalib gələn alman klubu 1/4 finala çıxmağa daha şanslıdır. 

Çempionlar Liqası, 1/8 finalın cavab oyunları:

23:45. "Real" (Madrid, İspaniya) - "Roma" (İtaliya)

23:45. "Volfsburq" (Almaniya) - "Gent" (Belçika)

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ