İsveçrədə "Sürix" və "Qarabağ" arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda hesab açılıb.
7NEWS.Az-ın məlumatına görə, "köhlən atlar"ın kapitanı Maksim Medvedev 4-cü dəqiqədə topu öz qapısından keçirib.
21:00
İsveçrədə "Sürix" və "Qarabağ" arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu başlayıb.
7NEWS.Az-ın məlumatına görə, "Letsiqrund" stadionunda oynanılan qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayıb. Matçı niderlandlı FIFA referisi Allard Lindhaut idarə edir.
Qeyd edək ki, Bakıdakı ilk görüşdə "köhlən atlar" qələbə qazanıb - 3:2.
7NEWS.Az








