Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin püşkü atılacaq.
7News.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 13:30-da başlayacaq.
Yarımfinalda iştirak edəcək dörd klubdan ikisi İspaniya təmsilçisidir. Bu mərhələdə hər dörd klub bir-biri ilə qarşılaşa bilər.
Yarımfinalın iştirakçları: "Mançester Siti" (İngiltərə), "Bavariya" (Almaniya), "Real" (Madrid, İspaniya), "Atletiko" (Madrid, İspaniya).
Qeyd edək ki, Çempionlar Liqasında yarımfinal mərhələsinin oyunları 26/27 aprel - 3/4 may tarixlərində keçiriləcək.
Bu gün Avropa Liqasında da yarımfinal mərhələsinin püşkü atılacaq.
7News.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 14:30-da başlayacaq.
Çempionlar Liqasında olduğu kimi bu turnirin də yarımfinal mərhələsinin 4 iştirakçısından ikisi İspaniyanı təmsil edir. Lakin püşk hər dörd klubu üz-üzə qoya bilər.
Yarımfinalın iştirakçları: "Şaxtyor" (Ukrayna), "Sevilya" (İspaniya), "Liverpul" (İngiltərə) və "Vilyareal" (İspaniya)
Qeyd edək ki, Avropa Liqasında yarımfinal mərhələsinin oyunları 28 aprel - 5 may tarixlərində keçiriləcək.








