7News.az xəbər verir ki, keçiriləcək 8 oyundan sonra 1/8 finalın bütün iştirakçıları müəyyənləşəcək.
Günün mərkəzi oyunu Madriddə keçiriləcək. "Real” öz meydanında Dortmund "Borussiya”sını qəbul edəcək. F qrupunun qalibini adına məhz bu oyun aydınlıq gətirəcək. Hazırda 2 xal daha çox toplayan almanları qarşıdakı matçda heç-heçə də qane edir.
F qrupundan fərqli olaraq, E qrupunda ilk 2 pillənin sahibi artıq məlumdur. Burada baş tutacaq "Tottenhem” - ÇSKA oyununda isə hansı komandanın Avroliqaya yollanacağı müəyyənləşəcək
Növbəti mərhələyə vəsiqəni təmin etmiş "Lester” "Portu” səfərinə yollanacaq. Portuqaliya təmsilçisi bu matçda qələbə qazanacağı halda, adını 1/8 finala yazdıracaq.
H qrupunun ikincisinin adına isə "Lion” - "Sevilya” oyunundan sonra aydınlıq gələcək.
Çemponlar Liqası
VI TUR
7 dekabr
E qrupu
23:45. "Bayer” (Leverkuzen, Almaniya) - "Monako” (Fransa)
23:45. "Tottenhem” (İngiltərə) - ÇSKA (Rusiya)
| N | Klublar | O | Q | H | M | T-F | X |
| 1 | Monako | 5 | 3 | 2 | 0 | 9-4 | 11 |
| 2 | Bayer | 5 | 1 | 4 | 0 | 5-4 | 7 |
| 3 | Tottenhem | 5 | 1 | 1 | 3 | 3-5 | 4 |
| 4 | ÇSKA | 5 | 0 | 3 | 2 | 4-8 | 3 |
F qrupu
23:45. "Real” (İspaniya) - "Borussiya” (Dortmund, Almaniya)
23:45. "Legiya” (Polşa) - "Sportinq” (Portuqaliya)
| N | Klublar | O | Q | H | M | T-F | X |
| 1 | Borussiya | 5 | 4 | 1 | 0 | 19-7 | 13 |
| 2 | Real | 5 | 3 | 2 | 0 | 14-8 | 11 |
| 3 | Sportinq | 5 | 1 | 0 | 4 | 5-7 | 3 |
| 4 | Legiya | 5 | 0 | 1 | 4 | 8-24 | 1 |
G qrupu
23:45. "Porto” (Portuqaliya) - "Lester” (İngiltərə)
23:45. "Brügge” (Belçika) - "Kopenhagen” (Danimarka)
| N | Klublar | O | Q | H | M | T-F | X |
| 1 | Lester | 5 | 4 | 1 | 0 | 7-1 | 13 |
| 2 | Porto | 5 | 2 | 2 | 1 | 4-3 | 8 |
| 3 | Kopanhagen | 5 | 1 | 1 | 3 | 5-2 | 6 |
| 4 | Brügge | 5 | 0 | 0 | 5 | 2-12 | 0 |
H qrupu
23:45. "Yuventus” (İtaliya) - "Dinamo” (Zaqreb, Xorbvtiya)
23:45. "Lion” (Fransa) - "Sevilya” (İspanya)
| N | Klublar | O | Q | H | M | T-F | X |
| 1 | Yuventus | 5 | 3 | 2 | 0 | 9-2 | 11 |
| 2 | Sevilya | 5 | 3 | 1 | 1 | 7-3 | 10 |
| 3 | Lion | 5 | 2 | 1 | 2 | 5-3 | 7 |
| 4 | Dinamo Z | 5 | 0 | 0 | 5 | 0-13 | 0 |








