Müharibə bəşər tarixinin ayrılmaz elementidir. Tarix boyu dövlətlər ərazisini genişləndirmək, nüfuzunu möhkəmləndirmək, qənimət əldə etmək və digər səbəblərdən qanlı müharibələr aparıblar. Lakin dünya tarixinə geniş nəzər saldıqda bəzi müharibələrin çox xırda məsələlərə görə bir sözlə, axmaq səbəblərdən başlandığını görə bilərik.Modern.az saytı dünya tarixinin ən axmaq səbəblərdən baş verən müharibələrini təqdim edir.
Vedrə müharibəsi
1325-ci ildə İtaliyanın Bolonya və Modena şəhərləri arasında müharibə baş
verir. Onun səbəbi adi verdə olur. Belə ki, boloniyalı süvari şəhər xəzinəsinə
məxsus vedrəni oğurlayaraq Modena şəhərinə qaçır. Boloniya şəhərinin elçiləri fərarilik
edən süvarini yox, amma onun oğurladığı vedrəni geri istəyirlər. Çünki həmin
verdə Boloniya şəhərinin mülkiyyəti idi. Amma modenalılar bu təklifə rədd
cavabı verirlər. Nəticədə 22 il davam edən Boloniya-Modena müharibəsi baş
verir. Minlərlə insanın həlak olduğu müharibənin sonunda Boloniya arzuolunan
verdəni geri qaytara bilmir. Çünki onlar müharibəni uduzurlar.
Saqqal müharibəsi
1500-cü ildə Osmanlı imperiyası və Venesiya dövləti arasında saqqal üstündə
müharibə başlayıb. Ticarət danışıqları üçün sultan II Bəyazidin qəbuluna gələn
venesiyalı elçilər sultanın qəribə təklifi ilə qarşılaşırlar. Bəyazid
Venesiyanın doğrudan da Türkiyə ilə sülh istədiyini sübut etmək üçün elçilərdən
saqqala and içməyi tələb edir. Cavabında venesiyalılar həmşiə saqqallarını
qırxdıqlarını bildirirlər. Cavabdan qəzəblənən sultan "onda sizin şəhərin bütün
sakinləri meymuna bənzəyir”, - deyə çığırır. Özünü təhqir olunmuş hesab edən
Venesiya dərhal Osmanlıya müharibə elan edir. Lakin sultan onlardan üzr istəmir,
çünki türklər Venesiya ordusu və donanmasını darmadağın edirlər.
Dənizçi qulağına görə müharibə
XVIII əsrin əvvəllərində
Karib dənizi hövzəsində mübarizəyə başlayan Britaniya və İspaniya imperiyaları
müharibə üçün səbəb axtarırdılar. Bunu üçün uyğun səbəb də tapılır: 1738-ci ildə
ingilis matrosu Bob Cenkins hansısa səhvinə görə ispaniyalı kapitanın onun
qulağını kəsməsindən parlamentə şikayətlənir. İspan gəmisindəki xidmətindən
sonra 7 il ərzində qulağını qoruyub saxlayan ingilis dənizçi onun nə vaxtsa,
yerinə tikiləcəyinə ümid bəsləyirdi. Sonda parlament ingilis təbəəsinin 7 il əvvəl
kəsilən qulağına görə İspaniyaya müharibə elan edir. 1739-1742-ci illər
Britaniya-İspaniya müharibəsi buna görə tarixə "Cenkinsin qulağına görə müharibə”
adı ilə daxil olur. Lakin 3 illik qanlı müharibədə qalib olmur və tərəflər əvvəllki
mövqelərində qalır.
Şapalağa görə müharibə
1827-ci ildə
fransalı səfir Əlcəzair hökmdarından alınan borcları və borc faizini ödəməyi tələb
edir. Bundan qəzəblənən hökmdar isə uzun mübahisələr edir, buna etirazını
bildirirdi. Sonda hisslərini cilovlaya bilməyən əlcəzairli monarx səfirin
alnından yavaşca şapalaq vurur. Təhqir olunan səfir buna baxmayaraq heç bir
reaksiya vermir. Yalnız 3 il sonra – 1830-cu ildə Əlcəzairi işğal etməyi planlaşdıran
Fransa bəhanə kimi 3 il əvvəlki şapalağı bəhanə göstərir.
Futbol müharibəsi
1969-cu ildə
Honduras yığması salvadorlu rəqiblərini məğlub olur. Bu səbəbdən Honduras
qonşusu ilə diplomatik münasibətləri kəsir və səfərbərlik elan edir. Salvador
qonşusunu qabaqlayaraq müharibəyə birinci başlayır. 6 günlük müharibə zamanı
bir neçə min insan həlak olur. Honduras-Salvador müharibəsi yalnız BMT-nin
vasitəçiliyi ilə başa çatır.
Google Maps-a görə müharibə
Nikaraqua və
Kosta-Rika arasında uzun illər idi ki, ensiz sərhəd zolağı uğrunda mübahisələr
var idi. 100 ildən artıq davam edən mübahisə 2008-ci ildə silahlı toqquşma müstəvisinə
keçdi. Həmin il Google Maps öz xəritəsində mübahisəli ərazini Nikaraquanın tərkibində
göstərdi. Dərhal nikaraqualılar əraziyə silahlı dəstələr göndərərək ərazini nəzarətə
götürürlər. Cavab olaraq kosta-rikalılar da əraziyə hərbi dəstələr yerləşdirirlər.
Sonda Google rəsmisi şirkətin xəritəçəkənlərinin 2,7 kilometr ərazini səhv göstərdiklərini
bildirirlər. Nikaraqualılar şirkətin üzrünü qəbul etsələr də, qoşunlarını ərazidən
çıxartmaqdan imtina edirlər. Nəticədə bu gün də Nikaraqua mübahisəli əraziyə
nəzarət edir.








