RU
Ən bahalı kreditlər Lənkəranda, ən ucuz kreditlər isə...
23:40
531

Ən bahalı kreditlər Lənkəranda, ən ucuz kreditlər isə...

Avqust ayında Azərbaycanda verilən manatla kreditlər üzrə orta faiz dərəcələri 2015-ci ilin ən aşağı həddinə enib. Mərkəzi Bankın məlumatına görə, sentyabrın 1-nə manatla verilən orta kredit dərəcələri 13,72% təşkil edib.

Qeyd edək ki, manatla orta kredit faiz həddi sentyabrın 1-nə avqustun 1-i ilə müqayisədə 0,25 bənd və ya 1,8% azalıb. 2015-ci il yanvar ayının 1-nə olan göstərici ilə müqayisədə isə azalma 2,2 bənd və ya 13,8% təşkil edib.

Xarici valyutada sentyabrın 1-nə verilmiş kreditlər üzrə orta faiz dərəcələri 13,01% olub. Bu, avqustun 1-nə olan eyniadlı göstərici ilə müqayisədə 0,28 bənd və ya 2,2% çoxdur. 2015-ci il yanvarın 1-nə olan göstərici ilə müqayisədə isə verilmiş kreditlər üzrə faiz dərəcələri 4,18 bənd və ya 24,3% azdır.

Ölkədə ən bahalı kreditlər həmişəki kimi cənub bölgəsində - Lənkəran iqtisadi rayonunda ayrılır - illik 24%-lə. Faiz dərəcəsinə görə növbəti yerlərdə Aran və Dağlıq Şirvan (22,8%) iqtisadi bölgələri dayanır.

Kreditlərin orta illik faiz dərəcəsi Şəki-Zaqatalada 21,8%, Quba-Xaçmazda 20,5%, Yuxarı Qarabağda 19,6%, Gəncə-Qazaxda 19,3%, Abşeronda 19%, Kəlbəcər-Laçında 17,1%-dir. Azərbaycanda ən ucuz kreditləri isə Bakıda və Naxçıvanda yaşayanlar alıb - müvafiq olaraq illik 12,2% və isə 13,8%-lə.

Mərkəzi Bank bildirir ki, 2014-cü ilin yekunları müqayisədə son 8 ayda kreditlər orta hesabla 0,1% ucuzlaşıb. Ayrı-ayrı regionlara gəlincə, 5 bölgədə kreditlər bahalaşıb, 5 bölgədə ucuzlaşıb. Ən böyük azalma Kəlbəcər-Laçın bölgəsində qeydə alınıb. Burada kreditlərin illik faiz dərəcəsi 8,5% aşağı düşüb. Ucuzlaşma Bakıda 0,1%, Dağlıq Şirvanda 0,4%, Gəncə-Qazaxda 2,4%, Yuxarı Qarabağda 1,2% olub.

Bəzi regionlarda isə kreditlərin orta illik faiz dərəcəsi artıb. Məsələn, bahalaşma Abşeronda 0,7%, Aranda 1,5%, Quba-Xaçmazda 0,4%, Lənkəranda 1,1%, Şəki-Zaqatalada 0,7%-dir. Naxçıvanda isə faiz göstəricisi sabit qalıb - 13,8%./milli

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ