Ölçüsünə görə ən kiçik olsa da, qiyməti ilə böyük avtmobillərlə yarışdı. ABŞ-da dünyanın ən kiçik minik avtomobili hərraca çıxarılıb. Qiyməti təxminə 75 min dollar olan nəqliyyat vasitəsi, ehtimalların əksinə olaraq 160 min dollara satılıb.
Pil adı verilən maşının cəmi bir qapısı, bir işığı, bir şüşəsi var. İstehsalına 1962-ci ildə başlanılan avtomobil 3 il ərzində ərsəyə gəlmişdi. Ginnes rekordlar kitabı təşkilatı 6 il əvvəl, bu nəqliyyat vasitəsinin dünyanın ən kiçik leqal avtomobili olduğunu təsdiqləmişdi.
Rits Karlton istirahət mərkəzində keçirilən hərraca maraq gözlənildiyi kimi böyük olub. Dünyanın ən kiçik avtomobili ilə yanaşı, ümumilikdə 100-ə yaxın nəqliyyat vasitəsi minə yaxın alıcıya təqdim olunub. Ənənəvi hərracda satılan ən bahalı avtomobil 1962-ci ildə istehsal edilmiş Ferrari olub. Sözügedən nəqliyyat vasitəsi 4 milyon dollara alıcı tapıb./atv.az
7News.az








