Alimlər dünyanın ən təmiz suyunun yerini aşkarlayıb.
Uzun müddətdir aparılan araşdırmalardan sonra məlum olub ki, bu sudan içmək üçün dünyanın o biri ucuna getmək lazımdır.
Müxtəlif ölkələrdə, müxtəlif məkanlardan və dağlardan götürülən sular üzərində araşdırmalar aparan elm xadimləri Çilinin cənubunda çıxan suyun tərkibində heç bir kimyəvi maddəyə rast gəlməyib. Amerikalı tədqiqatçı Gido Verbekin sözlərinə görə, dünyanın hər bir yerində suyun tərkibində müəyyən kimyəvi maddələr və minerallar olur. Çilidə çıxan suyun hər milyonda bir hissəciyində belə, həmin kimyəvi maddələrin heç birinə rast gəlinməyib.
Dünyanın ən təmiz suyunun bu qədər toxunulmaz qalmasına səbəb, onun yerləşdiyi ərazinin ekoloji baxımdan ən təmiz bölgələrdən biri olmasıdır. Çilidə sənaye sahələri lap çoxdan inkişaf mərhələsində olsa da, payatxt Santiaqodan 3.5 min kilometr aralıdakı Puerto Uilyams bölgəsi, hər cür çirklənmədən uzaq qalıb. Burda havanın təmizliyi qədim dövlərdəki qədərdir, deyə alimlər bildirib./atv
7news.az








