RU
Ən uğursuz şifrələr tapıldı
14:41
434

Ən uğursuz şifrələr tapıldı

Telefonumuzu, kompyuterimizi, şəxsi sənədlərimizi qorumaq üçün çox vaxt onları koda qoyuruq. Lakin bəzən qoyduğumuz şifrələr o qədər sadə olur ki, onları sındırmaq üçün çox düşünməyə ehtiyac belə qalmır. Bəs insanların istifadə etdiyi ən uğursuz şifrələr hansılardır? Gəlin birlikdə baxaq.

Tez-tez şifrələrin hakerlər tərəfindən sındırıldığı haqda xəbərlər alırıq. Lakin bəzən qoyduğumuz şifrələr o qədər sadə olur ki, sındırmaq üçün heç hakerə də ehtiyac qalmır. Mütəxəsisslər araşdırma apararaq ən uğursuz şifrələrin siyahısını açıqlayıblar.

Siyahının ilk pilləsində 123456 parolu yer alıb. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, istifadəçilərin əksəriyyəti telefonlarına, kompyuterlərinə məhz bu şifrəni qoyurlar. Siyahının növbəti pilləsində isə password, 111111 kimi şifrələr yer alıb.

Xatırladaq ki, “123456” şifrəsi 2013-2014-cü illərdə ən çox istifadə olunan və ən sadə şifrələr arasında ilk pillədə qərarlaşmışdı. Mütəxəssislər bu parolu istifadəçinin ancaq tənbəllikdən seçə biləcəyini ehtimal edirlər./atv

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ