Mədəsindən şikayətlənən xəstələrin qəbul etdiyi zond belə, bu qədər uzun deyil. Böyük Britaniyada Coni Streync adlı bir şəxs uzun kəsici metal udmaqla hər kəsi dəhşətə gətirib. Adrenalin həvəskarının az qala mədəsini deşən qılıncın tiyəsinin uzunluğu 60 santimetrdən çox olub.
Göstərdiyi təhlükəli şoularla bu vaxtadək 9 dünya rekordu vuran Coni bu dəfə karyerasının ən təhlükəli performansına imza atıb. 61 santımetrlik kəsərli qılıncı udmağa qərar verən adrenalin həvəskarının daxili qanaxma ilə ciddi xəsarət almaq ehtimalı böyük idi.
Ancaq qılıncudma ustası deyir ki, bu təhlükəli şou üçün aylarla məşq edib. 61 santimetrlik qılıncı udmazdan əvvəl çoxlu yemək yeyən Britaniyalı bununla mədəsinin deşilmə ehtimalını minimum aendirməyə çalışıb.
7News.Az








