RU
Ən zəngin asiyalı ABŞ-a koronavirusla mübarizədə kömək edəcək
10:30
253

Ən zəngin asiyalı ABŞ-a koronavirusla mübarizədə kömək edəcək

"Alibaba” şirkətinin təsisçisi Cek Manın fondu ABŞ-a bir milyon tibbi maska və koronavirusu müəyyən edən 500 min dəst bağışlayacaq.

Bu barədə təşkilatın "Twitter” səhifəsində məlumat verilir.

Through a donation of 500,000 testing kits and 1 million masks, we join hands with Americans in these difficult times. pic.twitter.com/tGviVhC6Gx

— Jack Ma Foundation (@foundation_ma) March 13, 2020

"Ölkəmin təcrübəsinə əsaslanaraq bilirəm ki, virusun yayılmasının qarşısının alınmasında ən effektiv yol tibb işçilərini sürətli və dəqiq testləşdirmə və şəxsi müdafiə vasitələri ilə təchiz etməkdir”,- deyə xeyriyyəçi qeyd edib.

Cek Ma bildirib ki, bunun ABŞ-ın koronavirusa qalib gələcəyinə kömək edəcəyinə ümid edir. Milyarderin sözlərinə əsasən, virusla bir dövlətin səyləri ilə mübarizə aparmaq mümkün deyil. /Oxu.az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ