Artıq supermarketlərdə enerji içkilərinin qiyməti bir neçə gündür qalxsa da, "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələri”ndə dəyişikliklər edilməsi barədə Nazirlər Kabinetinin qərarı yanvarın 10-dan bu məsələləri tənzimləyir.
7News.Az xəbər verir ki, qərara görə, "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunla əlaqədar alkoqolsuz enerji içkiləri üzrə aksiz vergilərinin məbləği aşağıdakı kimidir.
|
şəkər əlavələri və ya digər şirinləşdirici və ya dad-aromatik maddələr əlavə edilmiş alkoqolsuz energetik içkilər |
1 litr üçün 3,0 manat |
|
meyvə və tərəvəz şirəsi əsaslı alkoqolsuz energetik içkilər |
1 litr üçün 3,0 manat |
"Aksizli malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun kodları” sütununda isə belə əlavələr edilib:
|
tərkibində tütün olan siqarlar, o cümlədən ucları kəsilmiş siqarlar |
1 ədəd üçün 1,0 manat |
|
tərkibində tütün olan siqarillalar |
1000 ədəd üçün 20,0 manat |
Bundan başqa, tütün məmulatları üzrə aksiz markaları 1000 ədəd üçün 28 manat təşkil edəcək. Elektron siqaretlər üçün mayenin 1 litri üzrə aksiz vergisinin məbləği isə 20 manat təşkil edəcək.
|
tərkibində tütün əvəzləyicisi olan siqarlar |
1 ədəd üçün 1,0 manat |
|
tərkibində tütün əvəzləyicisi olan siqarillalar |
1000 ədəd üçün 20,0 manat |
|
tərkibində tütün əvəzləyicisi olan siqaretlər |
1000 ədəd üçün 28,0 manat |
7News.Az








