RU
Epidemiya yayılır: Onlarla insan xəstəxanaya yerləşdirildi
15:20
27

Epidemiya yayılır: Onlarla insan xəstəxanaya yerləşdirildi

Vəba epidemiyasına yoluxma getdikcə artır.

7News.Az xarici mediaya istinadən xəbər verir ki, Zimbabvedə vəbaya yoluxduğu müəyyən edilən 55 nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilib.

Zimbabve Səhiyyə Nazirliyindən verilən açıqlamada vəba epidemiyası səbəbiylə çox sayda insanın müalicə olunduğu bildirilib.

Açıqlamada Qutu, Buhera, Bikita, Çipinqe, Çiredzi və Mutare bölgələrində vəba epidemiyasının yayıldığı və bu bölgələrdə sağlamlıq tədbirlərinin görüldüyü vurğulanıb.

Qeyd edək ki, bu xəstəlik müalicə olunmazsa ölümcül ola bilər.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ