Rusiyanın Nijni Novqorod vilayətində biabırçı hadisə baş verib.
7News.Az-ın ren.tv-yə istinadən verdiyi xəbərə görə, kənd sakinləri Yevgeni və Tatyana Kupriyanovlar həyətdə lüt gəzərkən qonşular tərəfindən görüntüləniblər.
Ər-arvad bunu sağlam həyat tərzi naminə etdiklərini bildiriblər.
Lakin qonşuluqda uşaqların olduğunu nəzərə alaraq, məsələyə polis əməkdaşları cəlb olunub.
Araşdırma nəticəsində uşaqların onları çılpaq gördükləri təsdiqlənsə, Kupriyanovlar məhkəmə qarşısında cavab verməli olacaqlar.