RU
Ər arvadı və baldızını bıçaqladı
13:52
1355

Ər arvadı və baldızını bıçaqladı

Zərdab rayonunun Bıçaqçı kənd sakini Təhməz Şamilov ailə münaqişəsi zəminində həyat yoldaşı 51 yaşlı Maya Allahverdi qızı Şamilovaya və onun bacısı 27 yaşlı Roza Allahverdi qızı Məmişovaya bıçaqla xəsarət yetirib.

Hər iki yaralı təcili olaraq Zərdab Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra onlar Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Hadisəni törədən T. Şamilov könüllü olaraq Zərdab Rayon Polis Şöbəsinə gələrək hadisəni törətdiyini etiraf edib. Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır./Region TV

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ