Zaqatalada ər arvadını qətlə yetirib.
7News.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında Zaqatala-Qax avtomobil yolunun Muxax kəndi ərazisindən keçən hissəsində, el arasında "Muxax selpo” deyilən ərazidə baş verib.
Rayonun Suvagil kənd sakini, 1982-ci il təvəllüdlü Büllurə Seyran qızı Qədirova əri tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Ər arvadını bıçaqladıqdan sonra hadisə yerindən qaçıb.
Hazırda rayonun hüquq-mühafizə orqan əməkdaşları hadisə yerində araşdırma aparır.
7News.Az








