RU
Ər arvadını vəhşicəsinə döydü - Bakıda
11:30
221

Ər arvadını vəhşicəsinə döydü - Bakıda

Bakıda döyülmə hadisəsi baş verib.

"Report”un məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb.

Buzovna qəsəbəsi, "Albalılıq” adlanan ərazidə ailə münaqişəsi zəminində 1982-ci il təvəllüdlü Allahverdiyeva Sahibə Vaqif qızı həyat yoldaşı, 1982-ci il təvəllüdlü Mirzəyev Şərif Hüseynxan oğlu tərəfindən döyülüb. S.Allahverdiyeva hadisə zamanı baş və üz nahiyələrindən xəsarətlər alıb.
 
Yaralı təcili yardımın koməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.
 
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ