Bərdə rayonunda ağır qətl hadisəsi baş verib.
Bərdə rayon Prokurorluğundan verilən məlumata görə, hadisə iyunun 23-də gecə saat 03:00 radələrində rayonun Qaratəpə kəndində baş verib. Kənd sakini Həsənov Səbuhi Yusif oğlu həyat yoldaşı Günay Həsənovanı balta ilə qətlə yetirib. Hadisədən sonra S.Həsənov könüllü olaraq rayon polis şöbəsinə gələrək təslim olub.
Faktla bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb./trend
7news.Az








